“Oqtay Gülalıyevin müayinəsinin gecikməsində qəsd ehtimalı böyükdür” – VƏKİL

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Ali Gülalı özünün feysbuk səhifəsində “City Hospital”ın ünvanına sərt ittihamlarla çıxış edib.“Məsələ tapşırıq əsasında düz gözümüzün önündə atamın beynini təmamilə iflic edib, “zərərsiz” vəziyyətə gətirməkdir” – Deyən Əli Gülalıyev, Oqtay Gülalıyevin müayinəyə gec salındığını bildirib.

Bununla bağlı tanınmış vəki, Müsavat Partiyasının divan üzvü Nemət Kərimli, müayinənin, əməliyyatın gecikməsində qəsd ehtimalının yüksək olduğunu deyib:

“Oqtay bəyin oğlu Əli bəy feysbukda -da hakimiyyətə qarşı sərt ittihamla çıxış edib. İttihamın nə qədər düz olub-olmamasına münasibət bildirmədən, şahidi olduğum bir halı diqqətə çatdırmaq istəyirəm. Hadisə günü, yəni srağagün təxminən 23.50-də “City Hospital”a gəldim. Yaxınları ilə söhbətdən məlum oldu ki, xəstə tomoqrafiya olunmayıb, sabah səhər həkim gəlib edəcək. Təsəffür edisinizmi, kəllə-baş travması keçirtmiş xəstə hələ müayinə edilməyib. Səhəri təxminən saat 12-yə işləmiş Arif bəylə yenidən xəstəxanaya gəldim, onda xəstə müayinə üçün hazırlanırdı. O da məlum oldu ki, keçən gecə xəstə üçün 1000 manat pul ödənilib. Maraqlıdı, bu pul niyə ödənilib, niyə tomoqrafiya, maqnit müayinəsi gecikir.

Xəstəni tomoqrafiya etmək kompyuterdə faylı çap etməkdən bir az çətindi. Hansı dahi həkimi gözləyirmişlər?

Hadisənin qəsdlə və ya ehtiyatsızlıqla olmasın araşdırmaq lazımdı, amma müayinənin, əməliyyatın gecikməsində qəsd ehtimalı yüksəkdi”.

Sozcu.az

Facebook Comments