Oqtay Gülalıyevin ailəsi Heydər Əliyev Fondundan imtina etdi

Türkiyədə müalicə hüquq müdfiəçisi Oqtay Gülalıyevin ailəsi, onun müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasından imtina ediblər.

Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib:

“Bildirmək istəyirdim ki, atam Oktay Gülalıyev ‘in Türkiyədə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasından imtina etdik. Və Azərbaycana qaytarılmasını həm yazılı, həm də şifahi olaraq bildirmişik. Bəli, bu bir etirazdır. Çünki, atamın 11 aydır bu durumda (komada) olmasına baxmayaraq heç bir istintaq işləri aparılmır. Məhkəmənin başladılmaması üçün çox suni gecikdirmələr, bəhanələr gətirirlər. Gah pandemiya dövrü olduğunu, gah ailənin, gah da şəxsən Oqtay Gülalıyevin burada, yəni Azərbaycanda olmasının gərəkdiyini və s bildirdilər.

Bütün bəhanələrin sonuna varmaq və atamın bu durumda olmasına səbəb olanların hüquqi müstəvidə cəzalandırılması üçün vətənə qayıdırıq. Əgər Bakıda da suni əngəl yaradılarsa, həqiqəti gizlətməyə cəhd edərlərsə hüquqi formada, sərt şəkildə etirazımız davam edəcək. Heç bir halda bu cinayət üstü örtülü qalmayacaq!”

Xatırladaq ki, Oktay Gülalıyev Oktyabrın 29-u saat 17:20 radələrində avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oktay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub. Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Facebook Comments