Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.

Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib:

Atam Oktay Gülalıyevlə bağlı son durum:

Atamın durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya atam hərəki cavab çox zəif verdiyindən, dünən yox öncəki gün MRİ etdilər. Nəticəsini görə beynində akut hidrosefali (kəskin sürətdə su artması) yaranıb.

Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşAllah əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə.

Facebook Comments