Oqtay Gülalıyev “Amerikan” xəstəxanasına köçürüldü

Hüquq müdafiəçisi Oktay Gülalıyev İstanbulda yerləşən “Amerikan” xəstəxanasına köçürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, köçürülmə az öncə həyata keçirilib:

“Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”.

Xatırladaq ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub.