Oqtay bəydən xoş xəbərlər gəlir

Hazırda Türkiyə Cümhuriyyətində müalicədə olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyişlər yaranmağa başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli məlumat verib:

“Dostumuz Oqtay Gülalıyevdən xoş xəbərlər gəlir. Həyat yoldaşı Firuzə xanımın dediyinə görə, Oqtay bəyi hər gün yarım saat xüsusi qurğuların köməyilə ayaqüstə saxlayırlar. Gündə bir neçə dəfə isə 1 saat əlil arabasında otuzdururlar. Gözlərindəki ifadədən görünür ki, xüsüsilə pəncərənin qarşısında əyləşdiriləndə o məmnun olur. Oqtay bəyin müalicə həkimi yaxın vaxtlarda onun səhhətində irəliləyiş gözlədiklərini bildirib. Allah fədakar dostumuza kömək olsun”.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olduğu deyilən sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb.

Facebook Comments