Oqtay Güləliyevin son durumu ilə bağlı xəbər var

Hüquq müdafiəçisi Oqtay Güləliyevin son vəziyyəti ilə bağlı xəbər var.
Sozcu.az xəbər verir ki, bu barədə həkim Adil Qeybulla “Facebook” səhifəsində paylaşıb. O, Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışdığını yazıb.

“Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışandan sonra həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oqtay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır”.