“Onun oyununu izləmək zövq verir” – Neymar

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Borussiya” ilə (Dortmund) qarşılaşacaq PSJ-nin hücumçusu Neymar açıqlama verib.

Sozcu.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, Almaniya klubu və Ceydon Sanço haqqında danışıb:

“Səfərdə oyunun bizim üçün nə qədər çətin keçəcəyini hamımız bilirik. Bütün azarkeşlər üçün yaxşı oyun olacaq. Rəqibin heyətində oyunda dəyişiklik edə biləcək, yüksək səviyyəli futbolçular var. Parisə sərfəli nəticə ilə qayıtmaq üçün yaxşı oyun göstərəcəyimizə ümid edirik.

Rəqibin xüsusi fərqləndirəcəyim futbolçusu Sançodur. Gənc, amma yaxşı futbolçudur. Onun oyununu izləmək zövq verir. Sançonun yüksək keyfiyyətləri var”.

Komandalar arasında ilk oyun fevralın 19-da keçiriləcək.(Komanda.az)

Facebook Comments