Onun gələcəyi Qvardioladan asılıdır

Rahim Sterlinq “Mançester Siti”nin yeni müqavilə təklifini rədd edə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Buna səbəb, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın komandadan ayrılacağı iddialarının yayılmasıdır.

“Mançester Siti” 2023-cü ilə qədər müqaviləsi olan Sterlinqlə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalamaq istəyir.

Qvardiolanın “Mançester Siti” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Sterlinq bu mövsüm “şəhərlilər”lə 18 oyunda 14 qol vurub.(Komanda.az)

Facebook Comments