Onlarla futbolçu həlak oldu

Uqandanın Albert gölündə 50 futbolçu və azarkeşi daşıyan qayıq batıb.
Sozcu.az xəbər verir ki, Fofodan Lunqaya futbol matçı üçün yola düşən qayıq qəzaya uğrayıb. 20 nəfəri xilas etmək mümkün olub, digər 30 nəfər isə itkin düşüb. İtkin düşənlərin öldüyü deyilir.

Qeyd edək ki, hadisəyə qeyri-sabit hava şəraiti və qayıqda həddindən çox sərnişinin səfər etməsi səbəb olub.(Yeni Sabah)