“Onların qəhrəmanlığını gənclərlə yanaşı, uşaqlara da təbliğ etmək lazımdır”

Mübariz Tağıyev: “Təbii ki, bu zaman onların yaşı, psixologiyası nəzərə alınmalıdır”

“Şəhidlərimizi, qəhrəmanlarımızı gənclərlə yanaşı, uşaqlara da tanıtmaq lazımdır”.

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev bildirib. Xalq artistinin sözlərinə görə, bu yöndə ciddi addımların atılması arzuedilən olardı:

“Şəhidlərimiz vətənimizin, dövlətimizin, xalqımızın təhlükəsizliyi üçün öz həyatlarını qurban veriblər. Onlar göstərdikləri qəhrəmanlıqlarla tarixdə silinməz iz qoyub, əbədilik qazanıblar.

Biz şəhidlərimiz, onların göstərdiyi qəhrəmanlıqlar haqqında uşaqlara da danışmalı, onları uşaqlara da tanıtmalıyıq. Təbii ki, bu zaman onların yaşı, psixologiyası nəzərə alınmalıdır. Hesab edirəm ki, bu gün bu istiqamətdə görülməsi gərəkən hələ çox işlər var. Ümumiyyətlə, bu, elə bir məsələdir ki, bu yöndə nə qədər çox iş görülsə azdır”.

Facebook Comments