“Onların terrora baxışı bundan ibarətdir: “Öz terrorumuz” və “özgənin terroru”

Fazil Mustafa: “Öncə bu yanlış yanaşmanı ortadan qaldırmaq lazımdır”

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKK sıralarında vuruşanlar arasında ermənilərin də mövcudluğuna diqqət çəkib, harada terror varsa, ermənilərin də orada göründüyünü vurğulayıb.

Maraqlıdır, türk dünyası daxilində erməni terrorizminə qarşı mübarizə baxımından lazımi birlik və həmrəylik mövcuddurmu? Habelə, ermənilərin yalnız Azərbaycan və türk dünyası üçün deyil, bütün bəşəriyyət üçün əzəli-əbədi təhdid mənbəyi olması gerçəyi ölkəmizin apardığı təbliğatda yer almalıdırmı?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu gün bəzi iri güclərin terrora münasibətdə təhlükəli mövqe sərgilədiyini bildirdi:

“Terror təbliğatla çözülən məsələ deyil. Bu gün terrora göz yuman bir dünya var. Onlar bu məsələyə “öz terrorumuz” və “özgə terroru” anlayışı ilə yanaşmağa üstünlük verirlər. Kürd terroru onlar üçün “öz terrorlarıdır”, PKK terroru də “öz terrolarıdır”. Digər terror olayları və terror təşkilatları isə “özgə terroru” kimi dəyərləndirilir. Öncə bu yanaşmanı, ayrı-seçkiliyi ortadan qaldırmaq lazımdır.

PKK sıralarında ermənilərin də yer alması ilə bağlı faktlar var və Türkiyə tərəfi vaxtaşırı olaraq bu məlumatalrı açıqlayır. Bütövlükdə bu məsələdə Azərbaycanın da aktiv rol alması vacibdir. Biz də təbliğatımzıda Türkiyənin bu tezislərini gücləndirici addımlar atmalıyıq.

Erməni terrorunun dünyada ifşası ən çox bizim üçün vacibdir. Çünki Qarabağöda da hakimiyyəti əlində saxlayan əslində terrorçu qüvvələrdir. Bu terrorçu qüvvələr erməni xalqının özünü də girov saxlayır. Biz bu məsələləri davamlı gündəmə gətirməliyik ki, terrorçuları dəstəkləyən qüvvələr ən azından öz mövqelərinə yenidən baxıb yenidən düşünsünlər”.

Sozcu.az

Facebook Comments