“Onlar maşın kimidirlər” – Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe “Liverpul”un bu mövsümkü çıxışını dəyərləndirib.

Sozcu.az Fransa mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin nailiyyətlərində baş məşqçi Yürqen Kloppun əməyini xüsusi vurğulayıb:

“Liverpul”un hazırda gördüyü işlər heyrətamizdir. Onlar maşın kimidirlər. Öz ritmlərini tapdılar və matçdan-matça uyğunlaşdılar. Bu mövsüm ölkə çempionatında məğlub olmayıblar. Baxdıca hər şey sadə görünür, amma belə deyil. Futbolçular birləşib, mübarizə aparırlar. Hər 3 gündən bir meydançaya çıxırlar və qalib gəlirlər. İndi problem ondadır ki, hamı “Liverpul”a baxır və onları necə dayandırmağın yolunu axtarır. Ancaq bu, çox yaxşı məşqçi və çox yaxşı komandanın işidir”.

Qeyd edək ki, “mersesaydlılar” hazırda Premyer Liqanın turnir cədvəlində 64 xalla liderdir. “Mançester Siti” 48 xalla 2-ci, “Lester” isə 45 xalla 3-cü yeri tutur.(Qol.az)

Facebook Comments