“Ondan tər iyi gəlir, uşağını döyür…”

Müğənni-bəstəkar Murad Arif bayağı mahnı ifaçılarını tənqid edib.
Sozcu.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb.

Murad “Bəzi mahnıları eşidəndə, mənə elə gəlir ki, onun ifaçısı adi gigiyena qaydalarına riayət etmir. Bu adamdan mütəmadi olaraq tər iyi gəlir, nəfəsi də təravətsizdir… Zibili küçəyə atır, liftdə tüpürür, ictimai yerdə ucadan danışır, uşağını çırpır və sair… Yəqin ki, əlaqələndirməm yalnışdır. Amma musiqinin üslubu həqiqətən də adam haqda təsəvvür yarada bilir. Sizə tanışdır bu hislər?” deyə, bildirib.(Axşam.az)