ÖLÜMÜNÜ YAŞADAN İNSAN

Mirzə Sakit____________

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım.
O vitse-prezident olmadı, İseskonun-Yuneskonun xoşməramlı səfiri də olmadı.
Onun övladlarının Dubayda, Moskvada, Londonda, Havay adalarında çoxsaylı mülkləri də olmadı.
Boris Yeltsin onun yaxasına medal taxmadı.
Heç Fondu da olmadı, deputatlıq kürsüsündə də oturmadı.
Onun Kələkidəki yurdunda köhnə bir evi oldu, içərisi nurla dolu bir ev.
O günahsız insanların həbsxanalara atılmasına susub, üzdə isə özünü yalançı Millət Anası olaraq göstərmədi.
Onun əri də bu Xalqın bir qəpiyinə toxunmadı, Ofşor zonasında milyardlıq kapitalı qətiyyən olmadı, övladları Xalqın balalarından yüksək təminatlı şəkildə qidalanmadı, onun məktəbli qızı ayaqqabısının altı deşilən vaxt təzə ayaqqabı almaq üçün prezident atasının maaşını gözlədi.

Həlimə xanım  Türkiyədə gözlərini yumaraq əbədiyyata qovuşdu.
ÖZ DÖVLƏTİNƏ, ÖZ İRSİNƏ BAĞLI OLAN ŞƏRƏFLİ AZƏRBAYCAN XANIMI, RUHUN ŞAD OLSUN,…