Hüquq müdafiəçiləri qanlı hadisələrdə həbs edilənlərlə bağlı prezidentə müraciət etdi

“Nardaran hadisələrinə görə təqsirləndirilən Əbülfəz Bünyatov və Gəncə olaylarına görə həbs olunmuş Aydın Qurbanovla bağlı dövlət başçısı İlham Əliyevə müraciət edilib.

Sozcu.az xəbər verir ki, müraciəti tanınmış yazar Zümrüd Yağmur, hüquq müdafiəçisi Oqtay Gülalıyev, Eldəniz Quliyev və Rövşən Əhmədli imzalayıblar.

Müraciət barədə özünün “Facebook” səhifəsində məlumat verən Oqtay Gülalıyev bunları deyib:

“Biz, onların azadlığı üçün hər şeyi etməyə çalışdıq. Ürəyimizcə olmayan, arzulamadığımız addımları da atdıq. Təki onlar azadlığa buraxılsın…
İndi seçim İlham Əliyevindir. Ya o vəziyyəti düzgün qiymətləndirib ölüm ayağında olan bu şəxsləri azadlığa buraxacaq, ya da daha 2 nəfərin ölümünə görə məsuliyyəti birbaşa öz üzərinə götürəcək…”