Ölkənin qızıl-gümüş bazarı yenə ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Sozcu.az-in məlumatına görə, mayın 2-də qızılın qiyməti mayın 1-i ilə müqayisədə 9,3585 manat azalaraq 1 unsiya üçün 2167,0155 manat təşkil edib.

Gümüş 0,3861 manat ucuzlaşaraq 1 unsiya üçün 24,9784 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 34,6715 manat azalaraq 1471,758 manat, palladiumun qiyməti isə 62,1435 manat azalaraq 2282,9045 manat təşkil edib.