Ölkənin qızıl-gümüş bazarı həftəyə ucuzlaşma ilə başladı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Sozcu.az-in məlumatına görə, aprelin 15-də qızılın qiyməti aprelin 12-i ilə müqayisədə 5,984 manat azalaraq 1 unsiya üçün 2191,9715 manat təşkil edib.

Gümüş 0,0263 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4468 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 6,5705 manat azalaraq 1513,3995 manat, palladiumun qiyməti isə 4,6155 manat azalaraq 2329,986 manat təşkil edib.(Strateq.az)