“Öləcəksən, nəslin, kökün kəsiləcək, o pulları nə edəcəksən?”

Jurnalist Azər Həsrət tibbi maska və spirtin qiymətini qaldıran işbazları sərt təndiq edib.

Sozcu.az-ın xəbərinə görə, A.Həsrət deyib ki, maska və spirt satışı ilə məşğul olan vicdansız və şərəfsiz adamlar qiyməti qaldırmaqdadırlar.

“Prezident vəsait ayırır ki, vətəndaşını xilas etsin, bu şərəfsizlər isə hər gün qiyməti qaldırırlar. Niyə qaldırırsan? Ləvazimatın maya dəyəri nə vaxtdan artdı? Nə var ki, ehtiyac yaranıb, sən pul qazanmaq istəyirsən? Kim təminat verir ki, sənin özün o virusa yoluxub ölməyəcəksən? Öləcəksən, nəslin, kökün kəsiləcək, o pulları nə edəcəksən? Adam olun, fayda verin. Bu elə bir məqamdır ki, kimin kim olduğu üzə çıxır. Bu pulları kimsə yeyə bilməz…” – A.Həsrət vurğulayıb.

Facebook Comments