Oğuz sakini ürəyindən bıçaqlanaraq öldürülüb

Oğuz rayonunda bıçaqlanma olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bucaq kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfər arasında yaranan mübahisə digərinin ölümü ilə nəticələnib. Ürəyindən bıçaq yarası alan kənd sakini yerindəcə dünyasını dəyişib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments