Oğluna “sən arxada niyə gizlənirsən?” deyən ata danışdı – Video

Qəhrəman zabitimiz Mirdamət Bağıyevin Aprel döyüşlərinin qızğın getdiyi saatlarda atası ilə bu dialoqu son günlərin ən maraqlı mövzusuna çevrilib.
Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə 2016-cı ilin Aprel döyüşlərində atası ilə dialoqu ilə məşhurlaşan mayor Mirdamət Bağıyev və atası Sərisstan Bağıyev hadisənin təfərrüatını danışıblar.

Mirdamət Bağıyev bildirir ki, atasının cavabından sonra danışmağa heç bir söz tapa bilməyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti Mirdamət Bağıyev Aprel döyüşlərində qarşı tərəfə ən böyük tələfat verən zabitlərdən olub və qısa zamanda düşmənin 12 texnikasını sıradan çıxarıb.

Göstərdiyi qəhrəmanlığa görə Mirdamət Bağıyev “İgidliyə görə” medalı ilə təltif edilib və rütbəsi kapitandan mayora yüksəldilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: