“Oğlum Sona Sonaldo deyir” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 16-cı turunun “Bernli” ilə matçında (5:0) Son Xın Minin bir neçə nəfəri keçərək vurduğu qol haqda fikirlərini bildirib.

Sozcu.az xəbər verir ki, matçdan sonra o deyib: “Bu, inanılmaz qol idi. Bu qola qədər mənim oğlum Ronaldonun (braziliyalı – red.) şərəfinə Soba Sonaldo deyirdi.

Bu qolu görərkən ağla ilk gələn Ronaldonun qolu olur. Mən bu qolu ser Bobbi Robsonun yanında işləyərkən görmüşdüm. Son əla oyunçudur. Sevinirəm ki, o, mənim komandamdadır”.(Qol.az)

Facebook Comments