Obyekti sökülən sahibkar icra başçısından 180 min manat təzminat istəyir

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev Cənablarına

Ağsu şəhəri Qaçaq Nəbi küçəsi 5 saylı evdə yaşayan Cəfərova Nüşabə Əlisa qızı tərəfindən

TƏZMİNAT ƏRİZƏSİ

Yazaraq bildiririm ki, mənim Ağsu dolaylarında yerləşən obyektim (yeməkxana-kafe) Ağsu RİH-i tərəfindən, 29 aprel və 1 may tarixlərində heç bir məhkəmə sanksiyası, rəsmi xəbərdarlıq və tərəflərin rəsmi razılaşması olmadan insafsızcasına sökülürək darmadağın edildi.

Ağsu Rayon İcra Hakimiyyətinin 06.06.2020 tarixli 745 saylı cavabında Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən sökülüdüyü qeyd olunub. Bununla bağlı olaraq müvafiq quruma müraciət ünvanladım. Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin bugün göndərdiyi 524 saylı 21 iyul tarixli və 541 saylı 04 avqust tarixli rəsmi cavab məktubunda söküntünün Ağsu RİH-tabeli qurumların iştirakı ilə aparıldığı rəsmən qeyd olunub. Siz bununla Konstitusiyamızın 13-cü maddəsinin ”AZƏRBAYCAN RESPUBLİKASINDA MÜLKİYYƏT TOXUNULMAZDIR VƏ DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR” və Bundan əlavə Konstitutsiyamızın 29.4-cü maddəsinnin ”Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz” tələblərini pozmusunuz.

Vətəndaşların müraciəti haqqında qanunun 10-cu maddəsində qeyd edilir ki, ”Vətəndaşların müraciətlərinəən geci 15 işgünü, əlavə öyrənilmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır”.

Mən Ağsu rayon İcra hakimiyyətinə mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsi üçün rəsmi müraciət etmişəm və Ağsu RİH-ə 21.05.2020-ci ildə qəbul edilən məktubuma hələ də cavab verilməyib.

Cənab Vahi Tağıyev , mənim obyektimi sökməklə mənə maddi və mənəvi ziyan vurmusunuz. Mənim obyektimin tikintisinə, onun illərlə təmirinə, əşyalara, avadanlıqlara 80 min manatdan artıq xərc çəkmişdim. Sizdən xahiş edirəm ki, mənim obyektimi əvvəlki kimi möhkəm olmaqla dövlət hesabına tikib mənə təhvil verəsiniz. Ya da tələb edirəm ki, mənə vurduğunuz 80.000 (səksən min) manat maddi, 100.000 (yüz min) manat isə mənəvi təzminatı ödəyəsiniz.

 

Facebook Comments