“O xəritə bundan sonra ancaq daralmalıdır ki…” – REAL sədri

“Rusiya Müdafiə nazirliyinin yaydığı xəritə mövzusunda etirazını bildirən hər kəsə təşəkkür edirəm. Xəritə dəyişdirildi və əvvəlki halına gətirildi. Yaxşı nümunədir”.

Sozcu.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.

O qeyd edib ki, “Sülhməramlı əməliyyatın ərazisi”ni kimsə öz bildiyi kimi böyütməyə cəhd edəndə ən əvvəldən Azərbaycan ictimai rəyi ilə toqquşacağını aydın gördü.

Partiya sədri vurğulayıb ki, o xəritə bundan sonra ancaq daralmalıdır ki, genişlənməməlidir.

Facebook Comments