Nur-Sultanda Xəzərlə bağlı II iclas başladı

Nur-Sultanda bu gün Xəzər dənizi məsələləri üzrə ali səviyyəli işçi qrupunun ikinci iclası start götürüb.

Bu məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, iclas çərçivəsində Xəzər dənizinin birbaşa istinad xətlərinin tərtib edilməsi metodikası haqqında müqavilə layihəsinin razılaşma prosesinin davam etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın nümayəndələri iştirak edir.

Bundan öncə işçi qrupunun ilk iclası fevralın 19-da Bakıda baş tutub.