Nürəddin Xocaya hökm oxundu: 5 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İsmayılov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.

İttihama görə, N.İsmayılov vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və saytında dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.