“North West” tikinti şirkəti fəhlələrin pullarını vermir

“North West” tikinti şirkəti şirkətdə günəmuzd işləyən fəhlələrin pullarını vermir.
Sozcu.az-a daxil olan məlumata görə, iki aya yaxındır ki, şirkətdə çalışan fəhlələr pullarını ala bilmir.

Bu gün Ag Şəhər yaşayiş kompleksində çalışan fəhlələr pullarını almaq üçün şirkətin ofisinə gedərək, işlədikləri işin pulunu tələb etsələr də, şirkət vəhlələrin maaşlarını verməyib. AMəlumata görə,  şirkət rəhbərliyi hər dəfə fəhlələri “sabah veriləcək” bəhanəsi ilə yola salır.

Bu gün də, bayram günü ilə bağlı evlərinə buraxılan fəhlələri aldadaraq işlədikləri ayın pulunu verməyiblər.

İşlədiyi işin pulunu ala bilməyən fəhlələr bildiriblər ki, şirkətdə pul tələb edən insanların adlarını özlərinin tərtib etdikləri “qara siyahıya” salaraq işdən çıxarırlar. Bundan sonra adi “qara siyahiya” düşən adam hansı şirkətə iş üçün müraciət etsə işlə təmin oluna bilmir. “North West” haqqını tələb edən insanların adlarını təxribatçı kimi təqdim etməklə onlara daha bir problem yaradır.

Saytımıza bununla bağlı məlumat verən şəxs bildirir ki, işlədikləri işin pulunu   ala bilmədikləri üçün evə  getməyə üzləri gəlmir.

Bu gün 27 nəfər işçinin də pulları verilmədən işdən çıxarıldığını qeyd edən şikayətci qeyd edib ki, bu birinci dəfə deyil . Dəfələrlə fəhlələrin pulları verilməyib. Bununla bağlı şirkətin baş ofisinə şikayət etsələr də, heçnə dəyişməyib