“Normal mövsüm olsaydı, “Siti”dən 16 xal geri qalardıq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının Premyer Liqa sıralamasındakı mövqeyini şərh edib.

Sozcu.az xəbər verir ki, 53 yaşlı mütəxəssis deyib:

“Mançester Siti”ni necə keçəcəyimizi və ya yenidən İngiltərənin ən yaxşı komandası olacağımızı heç vaxt düşünməmişik. Sadəcə özümüzün ən yaxşı vəziyyətimizdə olmaq istəyirdik. İndi bu şans yenidən var. Digər komanda daha yaxşıdırsa, biz heç bir şey edə bilmərik. İdman, futbol belədir. Oyunumuzun ən yaxşı variantını göstərməkdən başqa heç nə edə bilmərik. Əlbəttə ki, bu, bir az da şans tələb edir. Zədəli oyunçularımız daha az olsa, “Mançester Siti”yə yaxınlaşa bilərik. Əminəm, Pep Qvardiola da bununla razı olardı ki, normal mövsümdə “Mançester Siti”dən 16 xal geri qalardıq. Elə geridə qalırıq da. Bunu qəbul etməliyik. Bu il onlara nə qədər yaxınlaşa biləcəyimiz bir sual deyil. Prinsip cəhətdən nə qədər yüksəyə qalxa biləcəyimiz vacibdir”.

Qeyd edək ki, “Liverpul” Premyer Liqanın turnir cədvəlində 40 xalla 6-cı sırada qərarlaşır. Klub çempionatın lideri “Mançester Siti”dən 16 xal geri qalır.

Facebook Comments