Nigar Köçərli Dövlət Gömrük Komitəsinin sədri təyin edilsin – TƏKLİF

“Nigar Köçərli 18 il ərzində gömrük istiqamətində müharibə aparır, uğurlu kitab biznesi də var ( Ali & Nino), bütün biznesdə olan problemləri də bilir və anlayır, illərlə gömrükdəki problemləri öz dərisində görüb və hiss edib. Bu sahəni həqiqətən də düzəltmək istəyirlərsə, onu Gömrük Komitəsinin rəisi təyin etsinlər, ona bu sahəni ASAN-Gömrük etmək üçün imkan yaratsınlar”.

Sozcu.az-ın xəbərinə görə, bu təkliflə ictimai fəal Emin Milli çıxış edib.

E.Milli bildirib ki, belə olarsa, hamı ən azı bu sahədə ola biləcək islahatlara da inanar, nəticə də görər: “Gömrük sahəsi bu gündə olan bir ölkə necə biznesin inkişafına nail ola bilər? Burda necə iş yerləri açıla bilər? Necə büdcənin gəlirləri arta bilər? Vətəndaşların rifahı necə yaxşılaşdırıla bilər? Neft dövrü bitir axı. Gərək elə aylarla maaşlar verə bilməyəsiz, ölkədə xaos yaransın, dövlət məhv olub getsin?”

Facebook Comments