“Neymarın “Barselona”ya qayıtmasını çox istərdim” – Messi

“Düzünü desəm, “Barselona” rəhbərliyinin Neymarın qayıtması üçün hər şeyi edib-etməməsini bilmirəm. Amma PSJ ilə də danışıqlarının asan olmadığı bəllidir”.
Sozcu.az “Marca”ya istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın kapitanı Lionel Messi deyib. O, braziliyalı futbolçu Neymarın qayıdışının Katalon klubu üçün yaxşı transfer olacağını söyləyib:

“Neymarın “Barselona”ya qayıtmasını çox istərdim. O, futbol sahəsində dünyanın ən yaxşılarındandır. Onun transferi ilə klub həm də imic və sponsorların səviyyəsi baxımından bir sıçrayış edərdi. Lakin yenə də məyus deyiləm. Bizim hər kəslə mübarizə apara biləcək güclü heyətimiz var”.

32 yaşlı argentinalı hücumçu “Barselona”dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Bura mənim evimdir. Buradan ayrılmaq istəmirəm. “Barselona” ilə çoxlu qalibiyyətlər əldə etmək istəyirəm”.