Neymarı yox, Mbappeni istəyirlər

PSJ-nin hücumçusu Neymar artıq “Real”ın maraq dairəsində deyil.

Sozcu.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, “kral klubu” braziliyalı futbolçunu almaq istəmir. Madrid təmsilçisinin əsas transfer hədəfinin PSJ-nin digər ulduzu Kilian Mbappe olduğu bildirilir. İddiaya görə, 20 yaşlı forvardın “Real”a keçidi onun fransa klubu ilə 2022-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzadıb-uzatmamasından asılıdır.

Qeyd edək ki, Neymarı transferə çıxarmağa hazırlaşan PSJ onu “Barselona”ya satmaq istəmir.(Qol.az)