“Neymarı itirsək, yata bilmərəm” – Tomas Tuhel

PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçusu Neymarın mümkün transferini şərh edib.

Sozcu.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, bununla bağlı deyib: “Neymarın gələcəyi ilə bağlı yeni məlumatım yoxdur. Əgər onu itirsək, yata bilmərəm. Neymarın etdiklərini təkrarlaya biləcək oyunçu tapmaq çətindir”.

Qeyd edək ki, komandadan ayrılacağı gözlənilən braziliyalı hücumçu ilə “Real” və “Barselona”nın maraqlandığı iddia olunur.(Qol.az)