Neymar Ronaldonun komanda yoldaşı olar bilər

“Yuventus” PSJ-nin futbolçusu Neymarı transfer etməyi planlaşdırır.

Sozcu.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Turin klubu braziliyalı hücumçunun transferi uğrunda mübarizədə “Barselona”ya qalib gəlmək istəyir. Bundan başqa, A Seriyası təmsilçisinin bu sazişə Paulo Dibalanı da daxil edə bilər.

Qeyd olunub ki, Neymarın yüksək maaş tələbi bu trasnferinin reallaşmamasına səbəb ola bilər. Çünki Kriştiano Ronaldoya illik 30 milyon avro maaş verən “Yuventus” 28 yaşlı oyunçuya daha az maaş verməyi düşünür. Onun Turin təmsilçisinə keçmək istəyəcəyi təqdirdə, maaşda güzəştə getməli olacağı vurğulanıb.qol.az

Facebook Comments