Neymar 100-ə çatdı

Braziliya millisinin futbolçusu Neymar üçün Seneqalla yoldaşlıq oyunu əlamətdar olub.

Sozcu.az-ın məlumatına görə, 27 yaşlı hücumçu bu görüşlə yığmada 100-cü matçına çıxıb. O, bu göstəricidə Robinyoya çatıb və Braziliya millisində ən çox oynayan futbolçular sırasında “TOP-6″da yer alıb.
Qeyd edək ki, Kafu Braziliya yığmasının tarixində ən çox meydana çıxan futbolçudur – 142 matç.(Qol.az)