Netanyahudan Makrona çağırış: İrana qarşı təzyiq…

İsrail Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu İrana qarşı təzyiq və sanksiyalara qoşulmağa çağırıb.

Sozcu.az xəbər verir ki, bu barədə İsrail hökumətinin dəftərxanası məlumat yayıb.

“Yanvarın 22-də Baş nazir Netanyahu və xanımı Sara Fransa Prezidenti Emmanuel Makronu Qüdsdə qəbul ediblər. Baş nazir İranın nüvə sahəsindəki addımı və regiondakı təcavüzkar hərəkətlərindən sonra Fransa Prezidentini Tehrana qarşı sanksiyalara qoşulmağa çağırıb”, – məlumatda qeyd olunub.

Facebook Comments