Netanyahu səhv saldı: Yeltsinlə görüşdüm…

İsrail Baş naziri Benyamin Netanyahu Britaniya Baş naziri Boris Consonu səhvən Yeltsin adlandırıb.

Sozcu.az xəbər verir ki, Netanyahu bu səhvə özünün Britaniya səfərindən bəhs edərkən deyib.

“Mən çox gözəl London səfərindən qayıtmışam. Burada Baş nazir Boris Yeltsin və ABŞ müdafiə naziriylə görüşmüşəm”, – deyə o bildirib.

Bundan sonra Baş nazirin səhvi dərhal düzəldilib. Netanyahu özü isə gülərək, sadəcə, onu ətrafındakıların necə dinlədiyini yoxlamağa çalışdığını deməklə vəziyyətdən çıxmağa çalışıb.