Nergiz 5 aydır xəstəxanada olan Erbilin istəklərini açıqladı

Nergis Kumbasar “Çat Kapı Aşk” filmi ilə bağlı mətbuat konfransında keçmiş həyat yoldaşı Mehmet Ali Erbilin səhhətindən danışıb.
Sozcu.az xəbər verir ki, aktrisa beş aydır xəstəxanada müalicə alan Erbilin yaxşı olduğunu deyib.

“Çox şükür, hazırda yaxşıdır. Uzun müddət reanimasiyada qaldığı üçün özünə gəlməsi zaman tələb edir. Amma ayağa qalxacağına inanırıq” deyə, o, bildirib.

Kumbasar şoumenin istəklərindən danışarkən “Mehmet Ali Erbilin ürəyi tantuni istədi deyə tez Yasmin alıb gətirdi” söyləyib.

Aktrisa bildirib ki, 62 yaşlı şoumenin ən çox istədiyi şey ailəsi ilə evdə çox vaxt keçirməkdir.(Axşam.az)