Nelson Mandelanın tarixi yazısı:”Həbsxanada zibillik arasında eşələnməyi sevirdim”

Nelson Mandela: “Qismən azadlıq ola bilməz!”

Mənim ölkəmdə siz birinci türməyə göndərilirsiniz, sonra prezident olursunuz

Bir nəfər mənim haqqımda demişdi ki: “Doğulanda o Rolihlahla adı almışdı – yəni, titrəyən ağac, sonra isə Nelson Mandela oldu və bütün dünyanı titrətdi.” Məni allahın yarısı etmək cəhdləri xoşuma gəlmir. İstəyirəm ki, məni Mandela kimi tanısınlar, zəiflikləri olan bir insan kimi.

Mənim ölkəmdə siz birinci türməyə göndərilirsiniz, sonra prezident olursunuz.

Mən tam olaraq qavradım ki, cəsarət – qorxunun yoxluğudur. Cəsarətli insan qorxu keçirməyən insan deyil, onunla mübarizə aparan insandır…

Çox şeylər yarım görülmüş işlər kimi görünə bilər, ta ki, onları tamamlayana qədər.

Afrika musiqisinin təəccübləndirici gözəlliyi ondan ibarətdir ki, sənə qəmli bir hekayə haqqında belə danışsa, sevincli səslənir. Sən kasıb ola bilərsən, qutudan hazırlanmış bir evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi səndə ümid yeri saxlayır.

Cəmiyyəti dəyişmək çətin deyil – çətin özünü dəyişməyindir.

Həbsxanada keçirdiyim 27 ilə borcluyam, çünki o müddət mənə fikrimi bir yerə cəmləməyə yardım etdi. Azadlığa çıxandan sonra isə, bu imkanı itirdim.

Qismən azadlıq ola bilməz.

Həbsxanada zibillik arasında eşələnməyi sevirdim. Ara-bir onların arasında qəzet parçalarına rast gəlmək olurdu. Həbsxanada bizə qəzet oxumağa qadağa var idi, ona görə də bu qəzet parçalarını yığıb, öz otağımda oxuyurdum.

Heç kəs başqa birinə dərisinin rənginə, mənşəyinə və dininə qarşı nifrətlə doğulmur. İnsanlar nifrət etməyi öyrənirlər və əgər onlar nifrət etməyi öyrənməyi bacarırlarsa, o zaman onlara sevməyi də öyrətməyi bacarmaq lazımdır, çünki sevgi insan qəlbinə daha çox yaxındır.

Biz zamandan müdrikcəsinə istifadə edib və xatırlamalıyıq: düz (haqq) işi hər an başlamaq olar.

Bir insanla onun səni anladığı dilində danışırsansa, sən onun beyni ilə danışmış olursan, lakin bir insanla onun doğma dilində danışırsansa, demək onun qəlbi ilə danışırsan.

Bir dəfə belə yıxılmamaq – həyatda böyük nailiyyət deyil. Əsas yıxıldıqdan sonra hər dəfə ayağa qalxmaqdır.

Hətta diqqətsiz bir insana belə məlumdur ki, ABŞ bütün dünya üçün təhlükəlidir.

Unutmağı bacarmıram, lakin bağışlaya bilirəm.

Daimi tibbi müayinəni sevirəm. Adətən həkimlər mənə belə deyirlər: “Mister Mandela, bu həftə siz ölməyəcəksiniz!”(Strateq.az)

Sozcu.az