Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 3,24% azalaraq 1 barelə görə 36,71 dollar təşkil edib.

Sozcu.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,72% azalaraq 34,46 dollar təşkil edib.

Facebook Comments