Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Sozcu.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 62,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 52,51 dollar təşkil edib.