Neftin qiyməti ən böyük həftəlik itkisinə yönəlib- Maydan indiyədək

Dünya birjalarında neftin qiyməti may ayından bu vaxtadək ən böyük ilk həftəlik itkisinə yönəlib.

Sözcü.az xəbər verir ki,buna səbəb qlobal iqtisadi narahatlıqların OPEC-in hasilatı azaltmaqla bağlı qərarını üstələməsidir. Belə ki, neftin qiyməti qlobal tələbatla bağlı gözləntilərin OPEC və tərəfdaşlarının neft hasilatının azaldılmasına dair sazişin müddətini 2020-ci ilin birinci rübünün sonunadək uzatması qərarını, eləcə də İranla əlaqədar artan anlaşılmazlıqların tədarük axınlarını təhdid edəcəyi ilə bağlı narahatlıqlar fonunda ucuzlaşır.

Qeyd edək ki, birjalar son 4 ildə ilk dəfə OPEC-in qərarına ən pis reaksiyanı verib. Belə ki, “qara qızıl”ın qiyməti OPEC-in qərarından sonra kəskin ucuzlaşıb və hazırda bu itkilərin bərpası davam edir.

Hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 63,50 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 56,76 dollara satılır(Azərtac).