“Neftçi” Bordini istefaya göndərdi

“Neftçi” baş məşqçisi Roberto Bordini istefaya göndərib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, paytaxt klubu italiyalı məşqçi ilə yolları ayırmaq qərarı verib. Bununla əlaqədar artıq futbolçular məlumatlandırılıb.

Müvafiq qərar bu gün çıxarılıb.

Məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Qol.az-a açıqlamasında məlumatı təkzib etməyib və qısaca deyib ki, “belə bir ehtimal var”.

Facebook Comments