Neftçaladakı yanğınla bağlı rəsmi açıqama – Video

Neftçala rayonunun Heydər Əliyev prospektində dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Sozcu.az xəbər verir ki, yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir.

***

İlkin məlumata görə, Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan yoxdur. Təcili tibbi yardımın dörd briqadası hazırda hadisə yerindədir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 8-də Neftçala şəhərindəki yanğının söndürülməsi barədə məlumat yayıb.

FHN-dən bildiriblər ki, Neftçala şəhəri H.Əliyev prospekti 4 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

Əlavə məlumat veriləcək.

 

Facebook Comments