Neft qiyməti ilin rekorduna imza atdı

Dünya bazarlarında neftin qiymətindəki artım davam edir.

Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli bu gün daha 0,33 dollar qalxaraq, 74,90 dollar olub.
VTİ markalı neftin bir barreli isə 65,95 dollaradır.

Bakı nefti də bahalaşıb və ötən gün 76,71 dollara satılıb.

Qeyd edək ki, “Brent” markalı neftin 74,90 dollara qalxması bu ilin rekordudur.