“Neçə dəfə deyim, “Yuventus”a getmirəm” – Qvardiola əsəbləşdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Yuventus”un sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, eyni suala cavab verməkdən bezdiyini söyləyən ispan mütəxəssis İtaliyada işləmək istəmədiyini dilə gətirib:

“Neçə dəfə təkrar etməliyəm? Mən “Yuventus”a getməyə, İtaliyada işləməyə hazırlaşmıram. “Maneçester Siti”də hər şey məni qane edir və komandanı tərk etmək fikrim yodur. Növbəti mövsümdə də bu klubun baş məşqçisi olacağımı artıqı dəfələrlə demişəm”.

Qeyd edək ki, “Yuventus” bu gün Massimiliano Alleqrinin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.(Qol.az)