“Nə villam, nə geyimim bahalıdır” – Zamiq

“Karantin insanları çox düşündürdü: həm həyat, həm iş, həm də özü haqda. Bundan sonra həyata daha sevgidolu gözlərlə baxacağıq”.

Sozcu.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “X maqazin” verilişində deyib. Sənətçi karantin günlərindən bəhs edib:

“Hər gün şükür edən insanam. Anladım ki, bundan sonra nə qədər dua etsəm azdır. Tanrı bizə necə gözəlliklər veribmiş, fərqində olmamışıq. İstədiyin vaxt şəhərə çıxır, dostlarla görüşür, istədiyin ölkəyə gedirdin. Çox naşükür olmuşuq. Əvvəl evdə iş görməyə hövsələm çatmırdı. İndi hər şey edirəm”.

Zamiq villası ilə bağlı yazılan xəbərlərdən bəhs edib:

“Nə evim, nə villam bahalıdır. Sadəcə adi əşyalarla zövqlə düzəltmişəm. Adi taxta və boyadır. Ümumiyyətlə, nə evim, nə geyimim bahalıdır. İmkanım olur alıram, olmur almıram. Şişirtdilər… Sosial şəbəkədə yazılanlara baxanda təəccübləndim ki, necə bahalı yaşayırmışam. Balaca bir evdir.

İnstaqramda başlayırlar söyüş yazırlar. Yazıqlar… Bir insan ki, birinə söyüş yazır ondan nə gözləyirsiz?”.axşam.az

Facebook Comments