“Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb”

Aktrisa Zülfiyyə Qurbanova yazdığı statusla bəzi həmkarlarını hədəf alıb.
Sozcu.az xəbər verir ki, o, gənc aktrisaları nəzərdə tutaraq sosial şəbəkədə fikirlərini dilə gətirib:

“Olmayan əndamınızı nümayiş etdirməkdən sənət göstərmək yaddan çıxıb. Mimika – qırışsız üzlər, donuq gözlər… Ancaq ki, gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq. Süni, yaltaqlıq yağan “yarım metr” təriflər. Elələrinin dəyəri olur. Ən gözəl silah isə biganəlikdir”.