Nazir ölkədən qaçmaq istəyərkən yaxalandı – Foto

Sudanın Gənclik və İdman naziri Hay Mayed Sovar ölkədən qaçmağa çalışarkən Sudan ordusu tərəfindən Xartum hava limanında yaxalanıb.

Sozcu.az xəbər verir ki, yerli mənbələr nazirin rüşvətxorluqda ittiham edildiyini yazıb.

Qeyd edək ki, Sudanda bundan öncə hakimiyyət dəyişikliyi olub. Nəticədə Sudan lideri Ömər əl Bəşir devrilib. Əl Bəşirin yerinə Sudanda hakimiyyətə nəzarəti Hərbi Şura ələ keçirib.(Axar.az)