Nazim 14 illik küsülülüyün səbəbini açıqladı

Müğənni Faytonçu Nazim Pişyari Kərim Abasovla aralarında olan 14 illik küsülülüyün səbəbini açıqlayıb.
Sozcu.az xəbər verir ki, sənətçi bu haqda “ATV maqazin onlarla” verilişində danışıb. Nazim bildirib ki, Kərimlə aralarında mikrofon qalmaqalı yaşanıb:

“Apardığım toya Kərim yarımsaatlıq gəlmişdi. Şəxsi mikrofonum var idi. Təranə Səmədova dedi ki, olar, sizin mikrofondan istifadə etsin? Mən də dedim ki, şəxsi mikrofonumdur, orada olanları götürsün. Ondan küsüb”.

Nazim həmkarı ilə barışması ilə bağlı suallara “Barışsaq, həm mən, həm də Kərim üçün alqışlanan hərəkət olar. Bir-birimizə dəstək də olarıq. Niyama da (müğənni Niyam Salami – red.) dedim ki, Kərimlə yaxın dostsan, ara-sıra görüşürsüz, bizi barışdır” cavabını verib.

Kərim isə Nazimlə heç vaxt barışmayacağını deyib:

“Heç vaxt. Əsas odur ki, mən barışım. Ürəyim barışmayandan sonra, əl-ələ sıxsaq, nə olacaq? 14 ildir danışmıram, həyatımda heç bir dəyişiklik olmayıb. Bir 15 ildə danışmayım, nə olacaq?”.

Facebook Comments