Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Senatın spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Qazaxıstan Prezidentinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Dariqa Nazarbayeva eks-prezident Nursultan Nazarbayevin böyük qızıdır. 2016-cı ildə Senatın üzvü seçilən Nazarbayeva 2019-cu ilin martında Senatın sədri seçilib.

Facebook Comments