Nazarbayevin qızı prezident olmaq istəmir

Qazaxıstan senatının spikeri Dariqa Nazarbayeva dövlət başçısı postuna namizədliyini irəli sürməyi planlaşdırmır.

Bu barədə “Tengrinews” portalı Nazarbayevanın köməkçisi Saula Mustafayevaya istinadən məlumat yayıb.

Dariqa Nazarbayeva Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevanın böyük qızıdır. 2016-cı ilin sentyabr ayında senatın deputatı olub. 20 mart 2019-cu ildən etibarən parlament spikeri vəzifəsini tutur.